Bütün valideynlərə peyvəndləmə ilə bağlı RƏSMİ MÜRACİƏT
Yeniliklərdən dərhal xəbərdar olun
Erkən aparılan peyvənd uşaqları difteriya, iflic, tetanus və s. kimi bir çox ciddi və ölümcül xəstəliklərdən qoruyur.
BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB məlumat verib.
Bildirilir ki, valideynlər bu peyvəndlərdən imtina etməməlidirlər.
“Əgər uşağınız bu xəstəliklərə yoluxmursa, deməli, adını bilmədiyiniz peyvəndlər köməyə gəlib. Lakin uşağın immun sistemi aşağıdırsa, görünməyən xəstəliklər uşaqları təkrarən yaxalaya bilər”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı müvafiq əmrə əsasən, aprelin 20-26-da respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçiriləcək.
Oxşar xəbərlər
Səhiyyə naziri əmr imzaladı - uşaqlar peyvənd olunacaq
Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev “İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə” əmr imzalayıb. Səhiyyə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə,...