Azərbaycanın internetlə təchizatında çətinliklər yaranıb - Çox yerdə internet kəsildi

Bu gün səhər saatlarından başlayaraq Azərbaycanın bir sıra şəhər və rayonlarının internetlə təchizatında çətinliklər yaranıb.
BAKU.WS xəbər verir ki, bir çox internet provayderlərinin işi iflic olub. KTV internet provayderi isə ümumiyyətlə işləmir.
"Report"un əldə etdiyi məlumata görə, ölkəyə xaricdən interneti gətirən ana provayderlər problemlə üzləşiblər.
“Çətinlik bütün internet kanallarında deyil, əsasən yüklü kanallarda qeydə alınıb. Hazırda yaranmış fasilənin səbəbi araşdırılır.
İlkin ehtimala görə, Rusiya üzərindən ölkəmizə daxil olan internet kanalında problem var. Ümid edirik ki, qısa zaman ərzində problem həll ediləcək”, - İKT sektorundakı mənbə bildirib.
Oxşar xəbərlər
İlham Əliyev Bakıda yeni kompleksin açılışında - FOTO
Prezident İlham Əliyev aprelin 20-də Bakıda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılı...