VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Abşeron rayonunun ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən rayon ərazisində kompleks tədbirlərin icrası davam etdirilir.

BAKU.WS xəbər ki, imzalanan sərəncama əsasən, Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində avtomobil yollarının əsaslı təmiri məqsədi ilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 19.7 milyon (on doqquz milyon yeddi yüz min) manatı ayrılıb.

Ölkə başçısının imzaladığı sözügedən sərəncam çərçivəsində, agentlik tərəfindən Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində ümumi uzunluğu 29.2 kilometr olan 23 küçə və yolda təmir işlərinin həyata keçirilməsi nəzərdə tutulur ki, bu istiqamətdə işlər davam etdirilir. Ümumilikdə təmir işlərinin əhatə edəcəyi sahə 240 min kv.m-dir.

Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.

Artıq sözügedən işlər çərçivəsində Mehdiabad qəsəbəsində uzunluğu 2 km, sahəsi 16 min kv.m olan Qara Qarayev,, həmçinin Masazır kəndində uzunluğu 0.7 km, sahəsi 4500 kv.m olan Şıxəli Qurbanov küçələri əsaslı şəkildə təmir olunaraq vətəndaşların istifadəsinə verilib.

Masazır kəndində uzunluğu 1.8 km, sahəsi 11 min kv.m olan Akim Abbasov və Ceyranbatan qəsəbəsində uzunluğu 1.2 km, sahəsi 11 min kv.m olan Heydər Əliyev küçələrində, həmçinin Saray qəsəbəsində ümumi uzunluqları 1 km, sahəsi isə 10 min kv.m olan 2 və 3 saylı orta məktəblərə gedən yollarda, bundan əlavə Aşıq İmran küçəsində aparılan əsaslı təmir işləri isə bitmək üzrədir. Hazırda sözügedən küçə və yollarda yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür.

Dövlət başçısının imzaladığı sərəncama əsasən hazırlanan layihələr əsasında Qobu qəsəbəsində isə hazırda 2 küçədə təmir-tikinti işləri həyata keçirilir.

Bu uzunluğu 1.5 km, sahəsi isə 15 min kv.m olan Aşur Həsənbalayev və uzunluğu 2.6 km, sahəsi isə 24 min kv.m olan Sona Salmanova küçələridir.

Sözügedən küçələrdə yol əsasının tikintisi işləri aparılır. Torpaq işləri yaxın günlərdə yekunlaşacaq və küçələrə yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə start veriləcək.

Ümumilikdə aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir.

Daha sonra isə yeni asfalt-beton örtüyünün döşənməsi icra olunur.

Yaxın günlərdə təmir-tikinti işlərinə start veriləcək daha 2 küçə Mehdiabad qəsəbəsində, 1 prospekt isə Saray qəsəbəsində yerləşir.

Bu ümumi uzunluqları 3 km-dən artıq olan Mehdiabad qəsəbəsinin Cəfər Cabbarlı və Əhməd Cavad küçələri, həmçinin uzunluğu 2.4 km olan Saray qəsəbəsinin Heydər Əliyev prospektidir. Sözügedən prospekt və küçələrdə təmir işlərinin aparılacağı ümumi sahə 55 min kv.m-ə yaxındır.

İşlərin yekunlaşması ardıcıllığına uyğun olaraq sərəncama əsasən, Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində təmiri nəzərdə tutulmuş digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

Bu Mehdiabad qəsəbəsi üzrə Çingiz Mustafayev və İsmət Qayıbov, Qobu qəsəbəsi üzrə Mirzə Ələkbər Sabir, Qara Qarayev və Çingiz Mustafayev, Saray qəsəbəsi üzrə Sülh və Sabir küçələri, həmçinin Masazır kəndi üzrə Qaçaq Nəbi, Hacı Zeynalabdin Tağıyev, Faiq Həsənov, Nazim Əsədov və İlyas Bayramov küçələridir.

Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq ayrılmış vəsait hesabına aparılır.

Növbəti mərhələlərdə sərəncam və investisiya proqramı ilə ayrılacaq vəsaitə uyğun, sözügedən qəsəbələr üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altındadır.

İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

BAKU.WS
QALEREYA