SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda turistlərə yardım mərkəzləri yaradılacaq.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, “Turizm haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Turistlərə yardım mərkəzləri turistlər üçün dövlət qurumlarının əlçatanlığını təmin etmək, onların dövlət orqanlarına müraciətlərini asanlaşdırmaq məqsədini daşıyır.

Qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin martın 16-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

BAKU.WS