Azərbaycanda koronavirusa görə qəlyandan istifadə qadağan edildi

Mütəxəssislərlə aparılan məsləhətləşmələr və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə vətəndaşlarımıza müvəqqəti olaraq adamların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq durmaq tövsiyə edilib.
Bu barədə BAKU.WS-ə Nazirlər Kabinetinin yanında operativ qərargahdan bildirilib.
Koronavirus (COVİD-19) infeksiyasının tənəffüs damcıları ilə birbaşa təmas yolu ilə ötürüldüyü və yuxarı tənəffüs yollarının infeksiyası kimi təzahür etdiyi nəzərə alınaraq ölkə ərazisindəki bütün ictimai iaşə obyektlərində çoxdəfəli istifadə üçün nəzərdə tutulmuş qəlyan avadanlıqlarından istifadə qadağan edilir.
Oxşar xəbərlər
Qəlyan qadağasını pozanları hansı cəza gözləyir? - RƏSMİ
Azərbaycanda koronavirusa görə qəlyandan istifadə rəsmən qadağan edilib. BAKU.WS xəbər verir ki, bu barədə ötən gün Nazirlər Kabinetinin yanında operativ qərarg...
