818 uşaq övladlığa verilib, 4-ü əcnəbilərə
Yeniliklərdən dərhal xəbərdar olun
2019-cu ildən bu günədək 818 uşaq övladlığa verilib. Onlardan 412-si oğlan, 406-sı qızdır.
BAKU.WS xəbər verir ki, bu barədə Agentliyin sədri Vüqar Behbudov qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.
Sədr bildirib ki, himayədar ailə qayğı modeli tətbiq olunduğu 2023-cü ilin noyabrından indiyə qədər 75 uşağın himayədar ailələrə yerləşdirilməsi üzrə müqavilə imzalanıb. 2025-ci ildə isə 40 uşaq himayədar ailələrə verilib, onlardan 20-si oğlan, 20-si qızdır.
Ötən il övladlığa verilən uşaqların sayı 149 olub, bunlardan 78-i oğlan, 71-i isə qızdır. Qeyd edək ki, övladlığa verilən uşaqlardan 3-ü əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən qəbul olunub. 2019-cu ildən bu günədək isə ümumilikdə 4 uşaq əcnəbilərə övladlığa verilib. Bu şəxslər Almaniya, Serbiya və Rusiya vətəndaşlarıdır.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...