8 Noyabr - Zəfər Günü münasibəti ilə Bakıda atəşfəşanlıq - YENİLƏNİB + VİDEO

8 Noyabr - Zəfər Günü münasibəti ilə Bakıda atəşfəşanlıq - YENİLƏNİB + VİDEO
Foto Video
Sosial 166

Dənizkənarı Milli Parkda Zəfər Günü münasibətilə keçirilən bayram konserti atəşfəşanlıqla davam etdirilib.

Qələbə sevincini paylaşmaq üçün milli parka axışan paytaxt sakinləri ilə yanaşı, Bakının qonaqları da konserti böyük maraqla izləyiblər.

Konsert proqramında xalq artistləri, estrada müğənniləri, rəqs qrupları iştirak ediblər.

Qeyd edək ki, Zəfər Günü Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla təsis edilib.

Həmin görüntüləri təqdim edirik:

***19:38

8 Noyabr - Zəfər Günü münasibəti ilə Bakıda konsert keçirilir.

Qeyd edək ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib.

Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbənin - Zəfər Gününün hər il noyabrın 8-də qeyd edilməsi ilə bağlı qərar verilib.

Son xəbərlər