Bakıda Zəfər Günü münasibəti ilə konsert proqramı və atəşfəşanlıq olacaq - FOTO

Bakıda Zəfər Günü münasibəti ilə konsert proqramı və atəşfəşanlıq olacaq - FOTO
Foto
Sosial 122

8 Noyabr - Zəfər Günü münasibəti ilə Bakıda konsert proqramı və atəşfəşanlıq təşkil olunacaq.

BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı Dənizkənarı Milli Parkda hazırlıq işlərinə başlanılıb.

Parkda yerləşən Saat qülləsinin yanında böyük səhnə qurulur.

Qeyd edək ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib.

Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin - Zəfər Gününün hər il noyabrın 8-də qeyd edilməsi ilə bağlı qərar verilib, həmin gün qeyri-iş günüdür.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 104 il ötür

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 104 il ötür

Avqustun 18-də Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 104 ili tamam olur. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra 1919-cu ildə milli hökumət...

17 Sosial 07:36 18 avqust 2023

Son xəbərlər