"8 noyabr" stansiyasında sınaq işləri aparılır - RƏSMİ

8 noyabr stansiyasında sınaq işləri aparılır - RƏSMİ
Sosial 266

Metronun Bənovşəyi xətti üzrə inşa edilən sayca üçüncü - "8 noyabr" stansiyasında son tamamlanma işləri davam etdirilir.

BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, hazırda yeni stansiyada infrastruktur qurulur:

"Bu istiqamətdə işlər sürətləndirilib. İnfrastruktur dedikdə, yəni idarəetmə, hərəkətin təşkili, mühəndis - texniki qurğuların quraşdırılması, sazlanması və onların sınaq işlərinin aparılması da daxildir. Metropoliten mürəkkəb, çoxşaxəli infrastruktura malik nəqliyyat vasitəsi olduğundan burada bir çox aparıcı sistemlərin, mexanizmlərin zəncirvari əlaqəsi də olmalıdır. Bu istiqamətdə də quraşdırma, sazlama və sınaq işləri davam etdirilir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Jurnalistlər "İlin mətbuat xidməti"ni seçdi - SORĞU

Jurnalistlər "İlin mətbuat xidməti"ni seçdi - SORĞU

Dövlət orqanlarının mətbuat xidmətlərinin yaxşı işləməsi jurnalistlər üçün çox önəmlidir. Mətbuat xidmətlərinin fəaliyyətində operativlik olarsa, bu, təbii ki,...

5778 Sosial 15:54 12 dekabr 2018

Son xəbərlər