8-9 noyabr qeyri-iş günləri ilə bağlı daha bir RƏSMİ AÇIQLAMA

Bildiyimiz kimi, 2022-ci il 7 noyabr iş günü ilə 5 noyabr istirahət gününün yerləri dəyişdirilib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bununla əlaqədar təhsil müəssisələrində iş günləri aşağıdakı kimi tənzimlənir:
1. Beş günlük iş həftəsi olan təhsil müəssisələrində 2022-ci il 5 noyabr iş günü, 6-9 noyabr isə qeyri-iş günləri hesab edilir.
2. Altı günlük iş həftəsi olan təhsil müəssisələrində 2022-ci il 5 noyabr iş gününə (istirahət gününə deyil) təsadüf etdiyindən, növbəti həftənin bazar ertəsi – noyabrın 7-si iş günü, 8-9 noyabr isə qeyri-iş günləri hesab edilir. Başqa sözlə desək, 05 və 07 noyabr iş günləridir.

Oxşar xəbərlər
Altıgünlük məktəblərdə martın 7-si dərs olacaq?
Altıgünlük iş həftəsi olan məktəblərdə martın 7-si də dərslər keçiriləcək. BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda Təhsil Nazirliyindən bildir...