Altıgünlük məktəblərdə martın 7-si dərs olacaq?

Altıgünlük məktəblərdə martın 7-si dərs olacaq?
Sosial 627

Altıgünlük iş həftəsi olan məktəblərdə martın 7-si də dərslər keçiriləcək.

BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, martın 5-i iş gününə təsadüf etdiyindən növbəti həftənin bazar ertəsi – martın 7-si iş günü hesab edilir.

Xatırladaq ki, Nazirlər Kabinetinin Qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2022-ci il 7 mart iş günü ilə 5 mart istirahət gününün yerləri dəyişdirilib.

Bununla əlaqədar beş günlük iş həftəsi olan təhsil müəssisələrində 2022-ci il 5 mart iş günü, 7 mart isə qeyri-iş günü hesab edilir.

Son xəbərlər