Vilayət Eyvazov Kamran Əliyevin yerinə yeni təyinat etdi

Vilayət Eyvazov Kamran Əliyevin yerinə yeni təyinat etdi
Sosial 9464

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidməti (YPX) şöbəsinə rəis təyinatı olub.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, BDYPİ-nin YPX Şöbəsinin Baş Dövlət Avtomobil müfəttişi vəzifəsində çalışan polkovnik-leytenant Sadin Əsgərov idarənin YPX şöbəsinə rəis təyin olunub.

BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev faktı təsdiqləyib.

Qeyd edək ki, BDYPİ-nin YPX şöbəsinə daha əvvəl K.Əliyev rəhbərlik edirdi.

Oxşar xəbərlər

Vilayət Eyvazovdan YENİ TƏYİNAT

Vilayət Eyvazovdan YENİ TƏYİNAT

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Göygöl rayon Polis Şöbəsinə yeni rəis müavini təyin edilib. Bu barədə BAKU.WS-in bölgə müxbiri...

37 Sosial 14:22 25 noyabr 2019

Son xəbərlər