Çindən azərbaycanlıların təxliyəsi üçün danışıqlar aparılır

“Koronavirusun aşkarlandığı Çinin Uhan şəhərindən Azərbaycan vətəndaşlarının təxliyəsi ilə bağlı danışıqlar aparılır”.
BAKU.WS xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
“Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyi Çin hökuməti ilə xüsusən Uhan şəhərində olan vətəndaşlarımızın təxliyəsi ilə bağlı danışıqlar aparır. Bu, bizim üçün çox ciddi məsələdir. Bu istiqamətdə Çin hökuməti ilə danışıqlar aparılmaqdadır”.
Xatırladaq ki, Çində yeni növ koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb. 106 nəfər xəstəlikdən ölüb.
Oxşar xəbərlər
Koronavirusa görə blokadaya alınan Uhanda qalan azərbaycanlılar danışdı - VİDEO
Koronavirusla bağlı blokadaya alınan Uhan şəhərində 6 azərbaycanlı qalıb. BAKU.WS xəbər verir ki, 2019-cu ilin avqust ayından doktorantura təhsili üçün Çinin U...