Bakıda daha bir avtobus kart sisteminə keçəcək

Bakıda daha bir avtobus kart sisteminə keçəcək
Sosial 1096

Yanvarın 30-dan 67 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı “Bakı Kart” vasitəsilə ödəniləcək.

Bakı Nəqliyyat Agentliyindən (BNA) BAKU.WS-ə verilən məlumata görə, digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir.

İş prosesinə uyğun olaraq qarşıdakı günlərdə digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Eyni zamanda qeyd edirik ki, nağd qaydada fəaliyyət göstərən avtobuslar mərhələli şəkildə xətlərdən çıxarılaraq onlarda müəyyən texniki montaj, kabelləşmə işləri görülür. Proses sərnişindaşımada fasiləsizliyin pozulmamasını, görülən işlərin sərnişinlərə təsir etməməsini nəzərə alınmaqla icra edilir.

Oxşar xəbərlər

Bakıda bu avtobuslar da kart sisteminə keçir

Bakıda bu avtobuslar da kart sisteminə keçir

Bakı Nəqliyyat Agentliyinin tələbinə uyğun olaraq, daha bir marşrut xətti üzrə avtobuslarda gediş haqqının nağdsız-vahid kart sistemi ilə ödənilməsi mümkün olac...

2343 Sosial 13:15 21 yanvar 2020

Son xəbərlər