2 dərəcə şaxtada keçilən dərs - Təhsil Nazirliyindən RƏSMİ AÇIQLAMA

Füzuli rayonu, Bala Bəhmənli kənd orta məktəbində vəziyyət çox acınacaqlıdır.
BAKU.WS xəbər verir ki, bu barədə kənd sakinləri şikayətlərində bildiriblər.
Qeyd edilir ki, məktəbdə istilik sistemləri işləmir. Sinif otaqları bərbad vəziyyətdədir. 2 dərəcə şaxtada uşaqlar dərs keçə bilmirlər.
Qeyd edilir ki, bu səbəbdən də, məktəbdə oxuyan uşaqların çoxu dərslərdə normal iştirak edə bilmirlər. Səbəb isə onların qışda tez-tez xəstələnmələridir.
Məsələ ilə əlaqədar Təhsil Nazirliyilə əlaqə saxladıq. Nazirlikdən BAKU.WS-ə bildirdilər ki, bu barədə məlumatları var.
“Bildiririk ki “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda sözügedən məktəbin əsaslı təmiri nəzərdə tutulub”, - deyə nazirlikdən bildirilib.
Oxşar xəbərlər
Şəkidə orta məktəbdə biabırçı görüntülər - FOTO
Şəkinin Cəyirli kəndində orta məktəb xarabalığı xatırladır. Bu barədə kənd sakinləri kütləvi şəkildə BAKU.WS-in “qaynar xətti”nə şikayət ediblər. Bildirilir ki,...
