Səhiyyə Nazirliyindən Ruhi-Əsəb Dispanserindəki hadisə ilə bağlı AÇIQLAMA

Səhiyyə Nazirliyi sosial şəbəkələrdə 1 saylı Ruhi-Əsəb Dispanserində baş vermiş hadisə ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, sosial şəbəkələrdə yayılan video görüntü 2019-cu ildə Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi-Əsəb Dispanserində naməlum şəxs tərəfindən çəkilib.
“Videogörüntünü xəstəxanaya yoxlanışa yaxud, xəstə ziyarətinə gələn şəxslərdən biri qeydə alıb. Xəstəxana rəhbərliyi artıq hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda istintaq videogörüntünü çəkən və yayan adamın müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparır”.
Oxşar xəbərlər
Bir qrup gənc Maştağadakı Ruhi-əsəb dispanserində daxil olub, xəstələri... - VİDEO
Səhiyyə Nazirliyinin Maştağa qəsəbəsində yerləşən 1 saylı ruhi-əsəb dispanserində xəstələrin məsxərəyə qoyulduğunu əks etdirən görüntü üzə çıxıb. BAKU.WS oxu24-...
