VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə məlumat yayıb.

BAKU.WS Agentliyə istinadən xəbər verir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Polşa Respublikasının Lyublinsk və Velikopolsk inzibati ərazilərində yüksək patogenli "quş qripi" xəstəliyi müəyyən edilib.

Bununla əlaqədar yüksək patogenli "quş qripi" xəstəliyinin qeydə alındığı Polşa Respublikasının inzibati ərazilərindən diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Polşa Respublikası ərazisindən respublikamıza gələn, yaxud qeyd edilən ərazilərdən tranzitlə keçən nəqliyyat vasitələrinin gömrük-sərhəd keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinə müraciət olunub.

BAKU.WS