Dövlət başçısı iki qanunu ləğv edib

Dövlət başçısı iki qanunu ləğv edib
Sosial 982

Prezident İlham Əliyev “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2018-ci il 28 dekabr tarixli 1442-VQD nömrəli və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2018-ci il 28 dekabr tarixli 1443-VQD nömrəli Azərbaycan Respublikası qanunlarının ləğv edilməsi haqqında qanunu imzalayıb.

BAKU.WS xəbər verir ki, sənədə əsasən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunları ləğv edilib.

Bu qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Oxşar xəbərlər

Azərbaycanda iki qanun ləğv edilib

Azərbaycanda iki qanun ləğv edilib

“İcbari sığortalar haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta...

1128 Sosial 12:50 03 dekabr 2019

Son xəbərlər