Azərbaycanda iki qanun ləğv edilib
“İcbari sığortalar haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunların ləğv edilməsi barədə qanun layihəsi parlamentdə müzakirəyə çıxarılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, “Tibbi sığorta haqqında” qanunda "İcbari sığortalar haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlarda nəzərdə tutulmuş sığorta haqqından ayırmaların icbari tibbi sığortanın maliyyə mənbələri sırasından çıxarılması təklif edilib.
“Tibbi sığorta haqqında” qanunda yuxarıda qeyd olunan dəyişikliklər təklif edildiyindən adıçəkilən qanunların ləğvi nəzərdə tutulub.
Sənəd Milli Məclisin bugünkü plenar iclasında səsverməyə çıxarılaraq qəbul edilib.
Oxşar xəbərlər
Yanvarın 1-dən hər ay maaşınızdan bu qədər PUL TUTULACAQ - VİDEO
İcbari Tibbi Sığorta sahəsində bir sıra vacib dəyişikliklər ediləcək. Belə ki, İcbari Tibbi Sığorta haqqı öncədən müəyyən edilən 120 manatdan 90 manata endirilə...