SİZİN REKLAM BURADA!
055 213 76 73


AFFA-nın baş katibi Elxan Məmmədov İTV-də yayımlanan 3D proqramında Dadaş Dadaşlinskinin qonağı olub.

BAKU.WS xəbər verir ki, Elxan Məmmədov verlişdə bir çox mövzuda sualları cavablandırıb.

O, həmçinin Premyer Liqada 8 klubun iştirak etməsinə də aydınlıq gətirib:

"Bəli, komandaların sayı 8-dir. Biz arzu edirik ki, komandaların sayı minimum 10 olsun. Amma bu sual bizə deyil, daha yaxşı olardı ki, iş adamlarına verilsin. Bu gün AFFA digər sponsorlarla birgə bir neçə kluba dəstək göstərir. Biz bunu etməməliyik.

Klubların sayı birbaşa iş adamlarından asılıdır. Biz bu gün bütün şəraiti yaratmışıq. Biz deyirik ki, futbola vəsait və sərmayə qoyun. Biz stadion da, məşq meydançları da verək, maliyyə dəstəyi də göstərək".

BAKU.WS
VİDEO