VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə mərasim keçirilir.

BAKU.WS azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edir.

Prezident mərasimdə nitq söyləyib.

Sonra Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və universitetin professoru, hüquq elmləri doktoru Firuzə Abbasova çıxış ediblər.

Daha sonra pianoçu Etibar Əsədlinin ifasında Bakı Dövlət Universitetinin məşhur 60 aliminə həsr olunmuş “İthaf” kompozisiyası təqdim edilib.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin ikinci kurs tələbəsi Rəşad İmanov çıxış edib.

Universitetin 16 fakültəsi üzrə elm sahəsini əhatə edən rəqəmsal qrafikin təqdimatı olub.

Sonda Bakı Dövlət Universitetinin himni səsləndirilib.

BAKU.WS
QALEREYA