SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Səhiyyə Nazirliyinin ezam olunmuş həkim heyəti Qazaxda vətəndaşları qəbul edir.

BAKU.WS
-in məlumatına görə, Səhiyyə Nazirliyinin rəhbər heyətinin Qazaxa səfəri çərçivəsində qurumun 8 nəfər mütəxəssisindən ibarət həkim heyəti Qazax Müalicə Diaqnostika Mərkəzində yerli mütəxəssislərlə birlikdə vətəndaşların qəbulunu həyata keçirir.

10 fevral tarixindən etibarən Mərkəzdə əhaliyə xidmət edən heyətin tərkibinə ölkənin baş pediatrı Nəsib Quliyev, Topçubaçov adına Elmi-Cərrahiyyə Mərkəzinin baş həkimi Yusif Əliyev, baş uroloq İsmət Fiqarov, nevropatoloq və digər mütəxəssislər daxildir.

Qəbulu zamanı zəruri hallarda konsilium təşkil olunur, əlavə müayinə və müalicəyə ehtiyacı olan vətəndaşların qeydiyyatı aparılır.  
Həkim heyəti növbəti günlərdə də öz işini davam etdirəcək.

Ziya Babayev

BAKU.WS