SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Ötən ilin dekabrın 29-da Rusiyanın Belqorod şəhərindəki 2 saylı xəstəxanada həkim xəstəni ölənə qədər döyüb.

BAKU.WS
-in məlumatına görə, tibb bacısı xəstəxanaya gələn xəstəni müayinə etməyə başlayıb. Müayinə zamanı yaşlı kişi tibbi bacısı ilə söhbət etməyə başlayıb.

 

Bu zaman qəfil otağın qapısı açılıb və içəri kişi həkim girib. Həkim müayinə olunan yaşlı adamdan niyə tibb bacısına toxunduğunu soruşub və onu vurmağa başlayıb. Yaşlı kişi ilə gələn gənc oğlan həkimə mane olmağa çalışsa da, nəticə olmayıb. Həkim gənc oğlanı da vəhşicəsinə döyüb. Daha sonra yaşlı kişini ölənə qədər vurub. Nəticədə xəstə yerindəcə keçinib.

Baş verənlər müşahidə kameraları vasitəsilə qeydə alınıb.

 

BAKU.WS həmin görüntüləri təqdim edir:

BAKU.WS