Ötən il Azərbaycanda qeydə alınan xərçəng xəstələrinin sayı açıqlandı

16
noy
2019
14:06
“2018-ci ildə Azərbaycanda ilk diaqnoz qoyulan 11 606 xərçəng xəstəsi qeydə alınıb”.BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu III Beynəlxalq Uroonkologiya simpoziumunda Milli Onkologiya Mərkəzinin direktorunun birinci müavini Fuad Quliyev deyib.O bildirib ki, xəstələrdən 5 733 nəfəri kişidir: “Xərçəng xəstəlikləri sırasında ilk yerdə ağciyər, ikinci yerdə mədə xərçəngidir. Prostat xərçəngi isə bu sıralamada 5-ci yerdədir. Avropada prostat xərçəngi ilk sırada yer alır”.O bildirib ki, "Uroonkologiya" jurnalının 2019-cu il məlumatlarına əsasən, Rusiyada 100 min əhaliyə 40 nəfər, Ukraynada 26-27 nəfər, Belarusda 70 nəfər onkoloji xəstədir:
"Azərbaycanda isə bu say 100 min əhaliyə 7 nəfərdir. 15 il əvvələ nisbətən vəziyyət daha yaxşıdır. Amma bununla belə son illərdə xərçəng xəstələrinin sayı və xəstəliklə bağlı ölüm halları da artıb. Səbəb odur ki, xərçəng xəstəliyinə tutulanların çox gec, xəstəliyin 3-4-cü dərəcəsində həkimə müraciət edirlər, bu da xəstələrin 50%-ni təşkil edir. Qazaxıstanda, Ukraynada bu, 25%-ə, Belarusda 15%-ə qədərdir. Böyrək xərçəngi ilə də vəziyyət oxşardır. 50%-ə yaxın xəstə 2-3-cü dərəcədə həkimə müraciət edir. Əsas səbəb isə maarifləndirmənin kifayət qədər aparılmamasıdır".F. Quliyev əlavə edib ki, son 3 ildə Milli Onkologiya Mərkəzində 2 500-dən çox onkoloji cərrahi əməliyyat həyata keçirilib.

Oxşar xəbərlər
Azərbaycanda qızılcaya və suçiçəyinə tutulanların sayı açıqlandı
Ötən il Azərbaycanda 52 nəfər qızılca xəstəliyinə tutulub. BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildi...
