Nəriman Nərimanovun büstü baxımsız vəziyyətə düşüb - VİDEO/FOTO

Nəriman Nərimanovun büstü baxımsız vəziyyətə düşüb - VİDEO/FOTO
Foto Video
Sosial 768
Xudat şəhərində Nəriman Nərimanovun büstü və ətrafı baxımsız vəziyyətə düşüb.BAKU.WS "Report"a istinadən xəbər verir ki, büst şam ağacları əkilən ərazidə yerləşir. Ağaclığın içi məişət tullantıları ilə çirklənib, büst isə tanınmaz hala düşüb. Büstün üzərindəki məlumat lövhəsi yoxdur. Xaçmaz Rayon İcra Hakimiyyətinin Xudat şəhəri üzrə nümayəndəsi Akif Mərdanov "Report"a bildirib ki, həmin ərazi özəl mülkiyyətdədir: "Sovet dövründə orada Konserv Zavodu olub. Hazırda isə Sadıq adlı sahibkara məxsusdur. Şəxsi mülkiyyət olduğundan, oranın təmizlik işlərinə baxa bilmirik. Həmçinin, büstün götürülüb-götürülməyəcəyi barədə hələlik bir söz deyə bilmirəm. Üzərində nalayiq sözlər yazıldığından, büstün üstünü əhənglə ağartmışıq".

Oxşar xəbərlər

Mikayıl Müşfiqin büstü yeni formada - VİDEO

Mikayıl Müşfiqin büstü yeni formada - VİDEO

Ötən gün sosial şəbəkələrdə Azərbaycanın görkəmli şairi Mikayıl Müşfiqin büstünün aşırılması ilə bağlı görüntülər yayılıb.Bu görüntülər sosial şəbəkə istifadəçi...

1116 Video 08:02 03 oktyabr 2019

Son xəbərlər