SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Azərbaycan Hava Yolları” (AZAL) Moskvadan Bakıya olan uçuşlara yeni promo-aksiya elan edir.

Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, "Budget” tarifi üzrə Moskva-Bakı aviabiletini fevralın 9-dan martın 1-dək 69 avroya, Moskva-Bakı-Moskva istiqamətinə isə cəmi 158 avroya almaq olar. Qiymətə bütün vergi və yığımlar daxildir.

AZAL-ın Moskvadan Bakıya uçuşları hər gün "Domodedovo” və "Vnukovo” beynəlxalq aeroportlarından həyata keçirilir.

Qeyd edək ki, Bakıdan Moskvaya "Budget” tarifi üzrə aviabiletin qiyməti 89 avro, Bakı-Moskva-Bakı marşrutu üzrə isə - 129 avro təşkil edir.
 
BAKU.WS