VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 
Yanvar ayı ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlavə olaraq 10 min 514 sığortaolunana fərdi şəxsi hesab açılıb.
 
DSMF-dən BAKU.WS-ə verilən məlumata görə, bu ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 0,33 faiz artıb. Beləliklə də Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 190 668 nəfərə yüksəlib. Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,22 faizi  (1 889 443 nəfər) kişi, 40,78 faizi (1 301 225 nəfər) isə qadındır.  

Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 25,11 faizini (801 289 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,01 faizini (670 334 nəfər) 30 yaşa kimi olan şəxslər, 21,16 faizini (675 057 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 20,38 faizini (650 127 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 12,34 faizini (393 861) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.

Fərdi uçot-Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

BAKU.WS