"7-8 dəfə dərman vurduq, amma təsiri olmadı" - Fermerləri çarəsiz qoyan problem nədir?
Ötən il Cəlilabadda 1 100 hektar sahədə üzüm yetişdirilib. Bu il isə əkin sahələri 795 hektara düşüb.
Baku TV-yə danışan fermerlər azalmanın əsas səbəbləri kimi xəstəlikləri və əlverişsiz hava şəraitini göstərirlər.
"Keçən il məhsuldarlığımız bol, qiymət isə ucuz idi. Ötən il 70 qəpiyə satdığımız üzümü bu il bir manata satırıq. Yaxşı üzüm becərmişdik. Çox yağış yağdığı üçün yeddi-səkkiz dəfə dərman vurduq, amma heç birinin təsiri olmadı. Yağışın çox yağması məhsuldarlığın 50 faizini məhv etdi", - fermerlərdən biri bildirib.
"Keçən il hər hektardan 150-170 sentner süfrə üzümü əldə etmişdiksə, bu il göstərici 80-110 sentner arasında dəyişir. Bu da məhsuldarlığın aşağı düşməsi, gəlirin isə azalması deməkdir", - başqa bir fermer deyib.
Oxşar xəbərlər
Xarici diplomatlar Cıdır düzündə olublar
Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur rayonlarına ikigünlük səfəri çərçivəsində Cıdır düzündə (Şuşa şəhəri, Q...