660 bal toplayan abituriyent görün haranı seçdi - VİDEO
21
avq
2019
11:09
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qəbul imtahanlarında 660 bal toplayan abituriyent paytaxtaxın nüfuzlu universitetlərini yox Azərbaycan Dövlət Pedaqoji Unverstetinin Şəki filyalını seçib.BAKU.WS xezerxeber.az-a istinadən xəbər verir ki, Elcan Səlimli Şəki şəhər 20 saylı məktəbi bu il qızıl medalla başa vurub.Buraxılış imtahanlarındada Azərbaycan dilindən 100 faiz nəticə gostərən şağird həm də Azərbaycan dili üzrə respublika fənn olimpiyadasınin gümüş medalını qazanıb.Qəbul imtahanlarında yüksək bal toplasada Təhsilini şəkidə Pedaqoji Unverstetdə davam etdirmək istəyib.Onun bu seçmini müəllimləri ilə yanaşı ailəsi də dəstəkləyib. elcan səlimli deyir ki, onun arzusu Azərbaycan dilini daha mükəmməl öyrənərək bu sahədə mütəxəssis olmaqdır. Azərbaycan dilinin incəliklərinə bələd olmaq üçün bir necə xarici dilin öyrənilməsini vacib sayır. Ona görə də ingilis dili üzrə xarici dil müəllimliyini seçib.Sevindirici məqamlardan biri də son illər yüksək bal toplayan abutiryentlər arasında müəllimlik ixtisasına yiyələnlərin sayının artmasıdır.Elcan Səlimli deyir ki yüksək bal toplamağın isə heç bir sirri yoxdur. Çalışqan olmaq və çoxlu oxumaq lazımdır. Xüsusi ilə də telefon və kompüterdən mümkün qədər uzaq durmaq şərti ilə.
Oxşar xəbərlər
I-IV qruplar üzrə ən populyar ixtisasların keçid balı açıqlanıb
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu ilin I-IV qrupları üzrə ən populyar ixtisasların keçid balını açıqlayıb.BAKU.WS "repo...