Deputatdan 700 bal toplayan abituriyentlə bağlı paylaşım: "Əlləri ilə ağzını tutaraq hıçqırtı ilə ağlayırdı"
16
may
2018
11:53
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Millət vəkili Aydın Mirzəzadə 700 bal toplayan abituriyentlə maraqlı bir məlumat paylaşıb. BAKU.WS-in məlumatına görə, deputat ötən gün “Bulvar hotel”də respublika fənn oimpiadaları qaliblərinin mükafatlandırma tədbiri kecirildiyini qeyd edib. Millət vəkili həmin tədbirdə rastlaşdığı bir vəziyyəti Facebook-da izləyiciləri ilə bölüşüb: "Tədbirin sonunda səhnəyə bir məktəbli qızı dəvət etdilər. O həm fənn olimpiafanın qızıl medalını almışdı, həm də bir neçə gün əvvəl kecirilən ali məktəblərə qəbul imtahanlarında 700 bal toplamışdı. Zal alqışlardan dağılırdı.Birdən qulağım ağlamaq səsi eşitdi. Yanımda ayaq üstə duran bir qadın əlləri ilə ağzını tutaraq hıçqırtı ilə ağlayırdı.O səhnədəki qızın anası idi".Qeyd edək ki, sözügedən abituriyent Bakı şəhər Texniki-Humanitar liseyinin şagirdi Zeynəb Quluzadədir. O, Azərbaycan dili və ədəbiyyatı fənni üzrə Respublika Olimpiadasının qızıl medalçısıdır. AbbasBAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda 700 bal toplayan abituriyentləri tanıyın (FOTO)
Dövlət İmtahan Mərkəzi mayın 13-də II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanının nəticələrini elan edib.BAKU.WS-in məlumatına g...