65 yaşdan yuxarı şəxslərlə bağlı karantin rejimi yumşaldılacaqmı? - RƏSMİ AÇIQLAMA

65 yaşdan yuxarı şəxslərlə bağlı karantin rejimi yumşaldılacaqmı? - RƏSMİ AÇIQLAMA
Sosial 2026

Karantin rejimi ilə bağlı verilən qərarlar Operativ Qərargahın tibbi heyətinin təhlillərinə əsaslanır.

BAKU.WS xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində 65 yaşdan yuxarı şəxslərlə bağlı sualı cavablandırarkən deyib.

O qeyd edib ki, qarşıdakı günlərdə 65-dən yuxarı yaş həddi ilə bağlı yumşaldılma qərarı verilə bilər: "Amma burada bizim gənclərin öz böyüklərini qorumaq üçün atacağı addımlardan asılıdır. Biz sosial məsafəni qorumalı, qoruyucu vasitlərdən istifadə etməliyik. İrəlidəki günlərdə bununla bağlı əlavə məlumat veriləcək".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər