VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzindən daxil olan məlumata görə, mərkəzdə 750-ə yaxın it əməliyyat edilib, çiplərlə təmin edilib.

Qurumdan BAKU.WS-ə verilən məlumata görə, itlər küçələrdən toplanılır, mərkəzdə baytarlar tərəfindən müayinə edilir, sağlam olanlar peyvəndləşdirilir, qısırlaşdırılır, çipləşdirilir və azadlığa buraxılır.

“Xəstə, aqressiv heyvanlar humanist yol ilə evtanaziya olunur. Bu metod bütün dünyada tətbiq edilir. Ondan başqa "Toplan" əməkdaşları hər həftə məktəblərdə "açıq dərslər" keçirirlər.

Dəsrlər zamanı şagirdlər itlərin müdafiəsi, qorunması istiqamətində maarifləndirilir, uşaqlara itlərə sevgi hissi aşılanır.

"Toplan"ın fəaliyyətə başladığı 1 mart 2019-cu il tarixindən bizə vətəndaşlardan, dövlət və qeyri-dövlət müəssisələrindən 1000-dən artıq məktub və zəng daxil olmuşdur.

Briqadalarımız bu müddət ərzində 80-dən artıq səfər həyata keçiriblər. Mərkəzdə 750-ə yaxın it əməliyyat edilib, çiplərlə təmin edilib”, - deyə qurumdan bildirilib.

Qeyd edək ki, 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlu itin hücumuna məruz qalıb. İt azyaşlının yanaq nahiyəsini parçalayıb. İt quduz olduğu üçün uşağı dişləyən kimi ölüb.

Təcili Xocahəsən xəstəxanasına çatdırılan uşaq oradan da Bakıya 1 saylı Klinik xəstəxanaya aparılıb. H. Məmişova quduzluq əleyhinə zərdab vurulub və yanağının parçalanmış hissəsi tikilərək bərpa edilib. Hazırda müalicəsi davam etdirilir.
BAKU.WS