600-cü sahibkar "ABAD"çı adını qazanıb
Yeniliklərdən dərhal xəbərdar olun
600-cü sahibkar "ABAD"çı adını qazanıb.
Bu barədə BAKU.WS-ə ASAN Xidmətdən məlumat verilib.
Bildirilib ki, yubilyar “ABAD”çı dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində çalışan Bakı şəhər sakini Həsənov Elnur Ağanəzər oğludur.
O, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvüdür. Müxtəlif muzeylərdə çalışıb, sərgi, salon və festivallarda rəngkarlıq və metal instalyasiya üzrə əsərlərini dəfələrlə nümayiş etdirib.
Elnur Həsənov "ABAD” sıralarına keramika məshulları ilə qoşulub.
O, hazırda Bakı, Naxçıvan, Şəki və s. regionları da daxil olmaqla Azərbaycanda tarixi abidələrin ümumi maket istehsalını həyata keçirir.
Azad edilmiş torpaqlarda vandalizmə məruz qalan abidələrin orijinal versiyasının maketlərini yaratmaqda onun mühüm rolu var.
600-cü “ABAD”çı 7 saylı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən “ABAD” etno-butikində qurumun direktor müavini Vüsal Arzumanlı tərəfindən sertifikat ilə təltif edilib.
Burada həmçinin Elnur Həsənovun tarixi abidələrdən ibarət olan kolleksiyasının nümayişi baş tutub.
Oxşar xəbərlər
Qanunsuz heyvan kəsimi ilə məşğul olan 31 məntəqədə kəsim qurğuları sökülüb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı bir s...