6 ayda 23 nəfər korrupsiya ilə bağlı cinayət başında yaxalanıb - Baş prokurorluq

6 ayda 23 nəfər korrupsiya ilə bağlı cinayət başında yaxalanıb - Baş prokurorluq
Sosial 61

Bu ilin ilk 6 ayında korrupsiya əməli törədən 23 şəxs cinayət başında yaxalanıb.

Baş prokurorluqdan BAKU.WS-ə verilən məlumata görə, 2022-ci ilin birinci yarımili ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları tərəfindən 96 cinayət işi başlanılmış, keçirilmiş 22 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 23 şəxs cinayət başında yaxalanmış, habelə 6 nəfər axtarışda olan şəxs saxlanılmışdır.

Həmçinin bildirilib ki, 2022-ci ilin birinci yarımili ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fəaliyyət göstərən “161 Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 2339 müraciətdən 63-ü üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanmışdır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər