VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Sabah dünyanın bir çox yerlərində, o cümlədən də Qafqaz bölgəsində güclü zəlzələ baş verəcək.

BAKU.WS xəbər verir ki, bu barədə dünyaca məşhur niderlandlı zəlzələ mütəxəssisi Frenk Huqerbits məlumat verib.


Huqerbits proqnoz verib ki, 21 fevral tarixində dünyanın bir çox yerlərində 7-8 bal gücündə zəlzələ ola bilər. Lakin alim zəlzələnin konkret hansı ərazidə olacağını göstərməyib.

O, bu qənaətə Günəş Sisteminin Geometrik İndeksini izlədikdən sonra gəldiyini bildirib.

Yerli mütəxəssislərin fikrincə verilən proqnozların heç bir əsası yoxdur.

Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir Məmmədli BAKU.WS-ə açıqlamasında bildirib ki, dünyanın heç bir yerində zəlzələ olacağını əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil.


“Qısamüddətli proqnozu nəinki Azərbaycanda, bütün dünyada demək qeyri-mümkündür”, - deyə Tahir Məmmədli bildirib.

Ziya SƏCCAD
BAKU.WS