Zaqatalada zəlzələ güclü olduğundan afterşoklar davam edəcək
06
iyn
2018
10:13
Zaqatalada baş verən zəlzələdən sonra indiyədək bir neçə afterşok qeydə alınır.Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir Məmmədli BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, zəlzələ 12 ballıq şkala ilə 5,5 bal gücündədir. Lakin zəlzələ yer səthində təzahürü 6 baldır.“Zaqatalada zəlzələ güclü olduğundan böyük ehtimalla avterşoklar bir müddət davam edəcək. Hazırda əməkdaşlarımız zəlzələ ocağı qeydə alınan əraziyə səfər ediblər”, - deyə Tahir Məmmədli bildirib.Qeyd edək ki, dünən yerli vaxtla saat 22:40-da Zaqatala ərazisində 6 bal gücündə olub.Xatırladaq ki, 2012-ci ildə də Zaqatalada güclü zəlzələ baş verib.Ziya SƏCCADBAKU.WS
Oxşar xəbərlər
Xəzərdə zəlzələ olub
Xəzər dənizində 3,9 bal gücündə zəlzələ baş verib.Respublika Seysmoloji Xidmət Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, ikin məlumatlara əsasən, yerli vaxtl...