Güclü zəlzələ gözlənilirmi? – PROQNOZ
06
fev
2019
09:23
Ötən gün baş verən zəlzələdən sonra avterşoklar olacaq.Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir Məmmədli BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, Bakıda yeraltı təkanları çox az insan hiss edib.“Zəlzələ yerli vaxtla saat 23:31-də Pirquludan stansiyasından 11 km cənub-qərdbdə İsmayıllı ərazisində qeydə alınıb. Paytaxtda yeraltı təkanlar 2-3 bal gücündə hiss edilib.Ən çox Şamaxıda hiss edilib və daıntılara da səbəb olub. Hazırda da avterşoklar gedir. Amma düşünmürəm ki, dünənkindən güclü yeraltı təkan olsun”, - deyə Tahir Məmmədli bildirib.Tahir Məmmədli deyir ki, Bakı və Abşeron yarımadası Xəzər dənizindən baş verən güclü zəlzələlərdən titrəyə bilər. "Xəzər dənizində çoxsaylı belə zəlzələ ocaqları var.Onlardan ən yaxını Abşeron yarımadasından 50 kilometr cənubda yerləşir. O, zəlzələnin təsiri Bakı və Abşeron yarımadası üçün 12 ballıq şkala üzrə 8 bal gücündə ola bilər.Digər ərazilərdən Şamaxı zəlzələsi də Bakıya təsir edə bilər. Lakin məsafə uzaq olduğu üçün Şamaxıdakı zəlzələ paytaxtda yalnız 5 bal gücündə hiss oluna bilər.Bu o qədər təhlükəli deyil. Lakin Xəzər dənizində baş verə bilən zəlzələ Bakını və Abşeronu 8 bal gücündə titrədə bilər”, - deyə seysmoloq bildirib.Tahir Məmmədli əhaliyə bacardıqları qədər diqqətli olmağı məsləhət görür. "Əgər zəlzələ baş vermiş ərazidə zədələnmiş binalar varsa, bu binalara girmək məqsədə uyğun deyil. Çünki həmin afterşoklar zədələnmiş binanı bir az da silkələyib dağıda bilər. Ona görə də zədələnmiş binada yaşamaq təhlükəlidir”.Ziya SəccadBAKU.WS
Oxşar xəbərlər
FHN-dən güclü zəlzələ ilə bağlı RƏSMİ MƏLUMAT
Fövqəladə Hallar Nazirliyi (FHN) fevralın 5-də ölkə ərazisində baş vermiş yeraltı təkanlar nəticəsində dəymiş ziyanla bağlı araşdırmalara başlayıb.BAKU.WS nazir...