56 aptekdən 18-ində nöqsanlar aşkarlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin may ayında ümumilikdə 56 aptekdə yoxlama aparılıb.
Bu barədə BAKU.WS-ə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Bildirilib ki, yoxlamalardan biri Bakı şəhərində, 55-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib. Keçirilən yoxlamaların 55-i planlı, biri isə plandankənar olub.
Nəticələrə əsasən, 18 aptekdə müxtəlif nöqsanlar aşkar edilib.
Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə inzibati protokollar tərtib olunub.
Oxşar xəbərlər
Sabah bir rayonda qaz olmayacaq
Sabah Şəki rayonunun Şorsu kəndində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlum...