VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakı şəhərinə 70 ədəd "Avro 6" emissiyalı müasir avtobuslar gətiriləcək.


Bu barədə "Xaliq Faiqoğlu" MMC-dən BAKU.WS-ə məlumat verilib.


Məlumatda bildirilir ki, şirkət bu barədə tədbirlərini davam etdirir:


""Xaliq Faiqoğlu" MMC beynəlxalq maliyyə institutu olan "Avropa Yenidənqurma və İnkişaf Bankı" ilə əməkdaşlığa başlayıb və iyul ayının 12-də bununla bağlı əməkdaşlıq müqaviləsi imzalayıb. Müqavilə çərçivəsində şirkət Bakı şəhərinə 70 ədəd Avro 6 emissiyalı müasir avtobuslar gətiriləcək", - deyə şirkətdən bildirilib.


Şirkətdən qeyd ediblər ki, sərnişinlərin rahatlığı üçün şirkətin istismarında olan avtobuslarda Wi-Fi xidmətinin tətbiqinə başlanıb və yaxın vaxtlarda 164 ədəd avtobusda sərnişinlərə ödənişsiz internet xidməti təqdim olunacaq.


"Xaliq Faiqoğlu" şirkəti bu ilin sonunadək marşrut xəttindəki 62 avtobusu yeni və müasir avtobusla əvəzləyəcək.


BAKU.WS