Bakıda xidmət göstərən "BakuBus” avtobusunda insident yaşanıb.

"BakuBus” şirkətinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, avtobus işıqforun qırmızı işığında dayanarkən sərnişinlərdən biri qəza çıxışı düyməsini basıb. Nəticədə avtobusun qapısı açılıb. Sərnişinlərdən bəziləri düşüb.

Avtobus isə qapılar avtomatik açıq qaldığı üçün hərəkət edə bilməyib. Nəticədə avtobusda sərnişinlər narazılıqlar edib.

"Bildirmək istəyirik ki, "BakuBus” avtobuslarında qəza çıxışı düyməsini basan zaman qapıların açılması mexaniki sistemə keçir. Qapını əl ilə açmaq mümkün olur. Bu zaman qapını gərək əl ilə bağlayasan. Yoxsa avtobusun qapısı açıq qalır və maşın hərəkət etmir”, - deyə şirkətdən bildirilib.


Qeyd edək ki, qəza şərəati yaranmadığı halda avtobusun qəza düyməsini basmaq və problem yaratmaq İnzibati Xətalar Məcəlləsində qanun pozuntusu hesab olunur.


Ziya Səccad

BAKU.WS