50 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanıldı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gündən 50 yaşdan yuxarı şəxslərin COVID-19 xəstəliyinə qarşı vaksinasiyası başlayıb. Vaksinasiya könüllü şəkildə həyata keçirilir.
Vaksin üçün vətəndaşlar “COVID-19 vaksin randevu” elektron xidmətində ilk olaraq şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil edib “Yoxla” düyməsinə basmalıdır. Bundan sonra vətəndaş təqdim olunan siyahıdan peyvənd məntəqəsini, randevu tarixini və saatını seçib, mobil nömrəsini daxil etməlidir.
Qeydiyyat başa çatdıqdan sonra daxil edilən mobil nömrəyə növbənin qeydə alınması ilə bağlı mesaj göndərilir. Mesajda birinci dozanın vurulacağı tarix, saat və məkan qeyd edilir.
Qeyd edək ki, peyvəndin ilk dozası vurulduqdan sonra, ikinci mərhələ üçün qeydiyyatdan keçməyə ehtiyac yoxdur.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
Oxşar xəbərlər
Yaşı 50 və daha yuxarı olan şəxslərin COVID-19-a qarşı vaksinasiyası başlayıb
Bu gündən 50 yaş və daha yuxarı şəxslərin COVID-19 xəstəliyinə qarşı vaksinasiyası başlayır. BAKU.WS xəbər verir ki, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzr...