SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakının əksər küçələrində tıxac yaranıb.

BAKU.WS Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən məlumat verir ki, hazırda Nəsibbəy Yusifbəyli, Əhməd Rəcəbli, 28 May, Cəlil Məmmədquluzadə, Mir Cəlal, İnşaatçılar, Səməd Vurğun küçələrində və Azadlıq prospektində avtomobillərin hərəkətində məhdudiyyət var.

Asfalt örtüyünün yenilənməsi və təmir işləri ilə əlaqədar Ceyhun Səlimov küçəsi, Hərbi hospitalın yaxınlığı, Ramiz Quliyev küçəsi-Nobel prospektinin kəsişməsi, Bəkir Çobanzadə - İ. Nəsimi keçəsində, Səttar Bəhlulzadə küçəsinin M.K.Atatürk prospekti ilə kəsişməsi, Xudu Məmmədov küçəsi və Əfzələddin Xaqani küçəsində avtomobillərin hərəkəti tamamilə məhdudlaşdırılıb.

Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur.
 
BAKU.WS