SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyəylə Rusiya arasında münasibətlərin gərginləşməsindən sonra Sankt-Peterburqda kafe işlədən azərbaycanlı sahibkar maraqlı addım atıb.
 
BAKU.WS-in məlumatına görə, iki ay əvvəl şəhər sakinlərinin istifadəsinə verilmiş "Antalya" adlı kafenin adı dəyişdirilib. Kafenin azərbaycanlı sahibi Vitali Cavadov iki hərfin yerini dəyişərək müəssisənin adını "Natalya" edib. 

"Mən azərbaycanlıyam və bizdə mətbəx əsasən Qafqaz yeməklərindən ibarətdir. Bu yay mən həyat yoldaşım ilə Türkiyədə dincəlirdim. Oralar bizim çox xoşumuza gəldi. Rusiyalılar bu kurort zonasını sevirlər. Məhz ona görə, biz müəssisəmizə bu adı verdik" - deyə restoranın sahibi Vitali Cavadov bildirib. 

Cavadovlar ailəsi kafeni bu ilin oktyabrında açıb. Amma Rusiya-Türkiyə qarşıdurması on gün əvvəl başladı: "Bizə heç kim kafenin adının dəyişməsi ilə bağlı göstəriş verməyib. Sadəcə bir axşam mən nərdivanı götürdüm və öz əllərimlə lövhədə "A" hərfi ilə "N" hərfinin yerini dəyişdim. Beş dəqiqə ərzində kafenin adını dəyişdim" - deyə Vitali söyləyib. 

BAKU.WS