SİZİN REKLAM BURADA!
055 213 76 73



Energetika nazirliyi və "Azərenerji"ASC birgə açıqlama yayıb.

Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, ötən gün ölkənin elektrik enerjisi sistemində baş vermiş qəzanın nəticələri aradan qaldırılsa da, onun fəsadı səbəbindən axşam saatlarında bəzi yerlərdə elektrik enerjisi məhdudiyyətlə verilir.

Həyati vacib əhəmiyyətli obyektlər elektrik enerjisi ilə artıq təmin edilmişdir. Hazırda vəziyyət nəzarət altındadır və elektrik enerjisinin verilişi bərpa olunur.

Problemin tam həlli üçün zəruri tədbirlər davam etdirilir.

BAKU.WS