Bakı-Sumqayıt yolunun Tbilisi prospektindən başlayan hissəsindən etibarən aparılan təmir işləri ilə bağlı səhər saatlarından etibarən yollarda böyük tıxac yaranıb.

BAKU.WS-in məlumatına görə, Moskva prospekti, Asif Məhərrəmov, Cavadxan, Abdulvahab Salamzadə küçələri və digər köməkçi yollarda hərəkət çətinləşib. Bu səbəbdən avtobusların intervalı pozulub və gecikmələr müşahidə edilir.

Hazırda 85 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslar 3-cü mikrorayon dairəsindən 4-cü mikrorayon istiqamətinə yönləndirilir. Həmçinin 9-cu mikrorayona gələn 18, 61 və 65 saylı, eləcə də avtovağzala və Xırdalana gedən avtobusların hərəkətində problem yaranıb.

"Xaliq Faiqoğlu" şirkəti sərnişinlərdən avtobusların hərəkətində baş verən gecikmələrə görə anlayış göstərmələrini xahiş edib.

Abbas
BAKU.WS