45 həkimin saxta fəaliyyəti müəyyən olundu - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
45 həkimin sertifikasiya şəhadətnaməsi olmadan fəaliyyət göstərməsi aşkar edilib.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Tibbi Nəzarət şöbəsinin mütəxəssisi Xəyalə Əliyeva deyib.
Onun sözlərinə görə, ötən ay 160 özəl tibb müəssisəsində plandankənar, 90 özəl tibb müəssisəsində isə planlı yoxlamalar aparılıb.
Ən çox nöqsan sertifikasiya şəhadətnaməsi, lisenziyası olmadan və lisenziyadan kənar özəl tibb fəaliyyəti ilə məşğul olma ilə bağlı olub.
Xəyalə Əliyeva deyib ki, yoxlamalar vətəndaş müraciətləri əsasında aparılır.
Analitik Ekspertiza Mərkəzinin rəsmisi qeyd edib ki, sertifikasiya şəhadətnaməsi olmadan fəaliyyət göstərdiyi müəyyən edilən 45 nəfər plastik-cərrahdır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Sabah bir rayonda qaz olmayacaq
Sabah Şəki rayonunun Şorsu kəndində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlum...