44 günlük Müharibədə həm döyüşən, həm də futbol oynayan kapitan - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Premyer Liqasının ən təcrübəli oyunçularından olan Asif Məmmədovun 44 günlük Vətən Müharibəsində iştirakından əksəriyyət xəbərsizdir.
"Oxu.Az" xəbər verir ki, “Qəbələ”nin 35 yaşlı kapitanı doğulduğu Ağdam rayonu uğrunda döyüşlərin bir neçəsində iştirak edib.
Yaxın dostu, hər iki Qarabağ müharibəsinin iştirakçısı Müşfiq Abbasovun şəhidlik zirvəsinə yüksəlməsinin canlı şahidi olub.
Asif bunu həm də futbolçu karyerasına fasilə vermədən, “Qəbələ”nin məşq və oyunlarını buraxmadan (az sayda istisnalar olmaqla) edib.
Bunu necə bacarıb, Sportinfo.TV-nin redaktoru İlkin Fikrətoğlu ilə söhbətdə futbolçu özü bütün suallara aydınlıq gətirib.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...