13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 

Dünən Binəqədi rayonu "Azadlıq prospekti” stansiyasının yaxınlığında, özünü yandıran 1981-ci il təvəllüdlü Malik Hüseynovun vəziyyəti son dərəcə ağır olaraq qalır.

 

Bu barədə yaralının müalicə olunduğu Respublika Yanıq Mərkəzindən BAKU.WS-ə bildiriblər. Verilən məlumata görə, Malik Hüseynov xəstəxanaya 2-ci, 3-cü, 4-cü yanıq dərəcələrilə daxil olub. Onun yuxarı ətrafları və yuxarı tənəffüs yolları tamam yanıb.


"Xəstə hazırda reanimasiya şöbəsində süni nəfəs aparatına qoşulub. Həkim nəzarətindədir”, - deyə növbətçi həkim bildirib. Qeyd edək ki, dünən Binəqədidə özünü yandıran şəxsin kimliyi bilinib.


Baş Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, noyabrın 23-də saat 12 radələrində Bakı Metropoliteninin "Azadlıq prospekti” stansiyasının yaxınlığında, 1981-ci il təvəllüdlü Malik Hüseynovun üzərinə neft məhlulu tökərək özünü yandırıb.


Nəticədə o ağır xəsarətlər alıb. Aldığı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Deyilənlərə görə, "Muğanbank"ın qarşısında özünü yandıran Malik Hüseynovun kredit borcu olub.


Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işləri başlanıb.

 

Ziya Sccad

BAKU.WS