Teatrlar üçün 4 milyard 692 milyonun kifayət etməməsindən şikayətləndi
Türkiyə Dövlət Teatrlarının Baş direktoru Tamer Karadağlının idarə etdiyi qurumda maliyyə çatışmazlığı yaşanır.
BAKU.WS xəbər verir ki, 2025-ci il üçün ayrılan 4 milyar 692 milyon 677 min lirəik büdcənin kifayət etməməsi səbəbindən Karadağlı əlavə vəsait tələb edib.
Hesablamalar zamanı xüsusilə ezamiyyə və yol xərclərindəki kəskin artım diqqət çəkir.
2025-ci il üçün Dövlət Teatrlarına bu məqsədlə 55 milyon lirə vəsait ayrılsa da, ilin sonuna olan göstəricilər bu rəqəmin 177 milyon lirəni keçdiyini ortaya qoyub.
Müqayisə üçün qeyd edək ki, Tamer Karadağlının vəzifəyə gəldiyi 2023-cü ildə bu xərc cəmi 34 milyon lirə civarında idi.
4,5 milyard lirədən çox vəsait xərcləyən Dövlət Teatrları rəhbərliyi, mövcud büdcənin qurumun ehtiyaclarını qarşılamaq üçün kifayət etmədiyini əsas gətirərək, maliyyə dəstəyinin artırılmasını tələb edir.
Oxşar xəbərlər
Həyat yoldaşından danışan Mələkxanım Eyyubova: "Əziyyətlə çalışıb polkovnik rütbəsinə yüksəldi"
"Uzaq qohumumuz idi. Uşaqlıqdan görürdüm ki, polis olmaq eşqi ilə yaşayır. Əmiləri də polis idi. Bütün şəkillərini polis formasında çəkdirərdi. Böyük əziyyətlə...