SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün axşam saat 22:00-dan etibarən Xətai rayonu Yusif Səfərov küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq hərəkət tam və ya qismən məhdudlaşdırılacaq.

"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, alternativ olaraq sürücülər Xocalı prospekti və Nəcəfqulu Rəfiyev küçələrindən istifadə edə bilərlər. Məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.

Məhdudlaşdırma Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə həyata keçirilir.

BAKU.WS